گوزل سن گوزلیم وحید شکرزاده – gözəlsən gözəlim


seni seviyorum

 

Gözəl sən gözəlim

 

Sən gözəllər gözəlindən də gözəlsən gözəlim

 

Bu gözəllikdə ağızlarda məsəlsən gözəlim

 

Bu acı dunyada sən təkcə şirin bir məzəsən

 

Qoy ki mən sadə deyim dadlı əsəl sən gözəlim

 

Mən gözəl şeirlərimi təkcə sənin eşqə dedim

 

Çünki sən layıqe bu şeiro qəzəlsən gözəlim

 

Niyə sən saçlarıvı məndən axı gizlədisən ???

 

Olmuya şuxluq üçün səndə çeçəlsən gözəlim

 

Sənin eşqindən üzaq gəzmərəm mən hətta əgər

 

O kaman qaşlarıvınan məni dəlsən gözəlim

 

Elərəm canımı qurban sənə tay nazlı yara

 

əgər ki büsə üçün bir qonaq gəlsən gözəlim

 

şair : Vəhid Şükürzadə

 

 

قلب

 

گوزل سن گوزلیم

 

سن گوزللر گوزلیندن ده گوزل سن گوزلیم

 

بو گوزللیک ده ، آغیزلاردا مَثَل سن گوزلیم

 

بو آجی دونیادا سن تکجه شیرین بیر مزه سن

 

قوی کی من ساده دییم دادلی عسل سن گوزلیم

 

من گوزل شعرلریمی تکجه سنین عشقه دئدیم

 

چون کی سن لاییق بو شعر و غزل سن گوزلیم

 

نییه سن ساچلاریوی مندن آخی گیزله دیسن ؟؟

 

اولمویا شوخلوق اوچون سنده چچل سن گوزلیم

 

سنین عشقیندن اوزاق گزمه رم من حتی اگر

 

او کامان قاشلاریوینان منی دَل سَن گوزلیم

 

الرم جانیمی قوربان سنه تای نازلی یارا

 

اگر کی بوسه اوچون بیر قوناق گَل سن گوزلیم

 

شاعیر : وحید شکرزاده

 

 seni çok özledim

Bir Cavab

  1. əziz soydaş çox çox gözəl blogun var mən çoxlu sizin blogunuzu izlərəm çox zamandır. ama bilmirəm nədədn filter ediplər bu gözəl blog`u bu görsədir ki nə qədr gözləri götürmür ki hətta kültürəl bir blog azərbaycan kültürünə çalışsın ama ginə`də yolunuz açiq olsun dəvam edin belə gözəl çalışmalarınıza

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: