mahnı sözləri – ماهنی سؤزلری


Mən Sənə Yalvarmaram
Zeynəb Xanlarova

Yalvararam torpaga
Goye,aya,gunese
Buruyerem dunyani
Men alova,atese

Saralan ciceyime
Gulume yalvararam
Men sene yalvarmaram
Men sene yalvarmaram

Sesim tek sene catmir
Meni yer,goy esidir
Konlune yatmiramsa
Bu taleyin isidir

Bestden gelen ezaba
Zulume yalvararam
Men sene yalvarmaram
Men sene yalvarmaram

Quruyaram agac tek
Gozunun qabaginda
Sinmaram sax duraram
En kederli cagimda

Gel onu unut deyen
Diline yalvararam
Men sene yalvarmaram
Men sene yalvarmaram

(*(*(*(*(*(*(*(*(*(*(*(*
Mənim əzizlərim
Zeynəb Xanlarova

Neçə eldən obadan,

Hər nəğmən bir qızıl gül,

Azərbaycan diyəndə,

Otlanıb yandı könül

Neçə eldən obadan,

Hər nəğmən bir qızıl gül,

Azərbaycan diyəndə,

Otlanıb yandı könül

Xoş gördük əzizlərim,

Sizi gördü gözlərim,

Dünyanın xoşbəxtiyəm,

Mənim əzizlərim

Xoş gördük əzizlərim,

Sizi gördü gözlərim,

Dünyanın xoşbəxtiyəm,

Mənim əzizlərim

Mən yenə ürəyimdə,

Min arzu bitirmişəm,

Bu gözəl gecəmizə,

Nəğmələr gətirmişəm

Mən yenə ürəyimdə,

Min arzu bitirmişəm,

Bu gözəl gecəmizə,

Nəğmələr gətirmişəm

Xoş gördük əzizlərim,

Sizi gördü gözlərim,

Dünyanın xoşbəxtiyəm,

Mənim əzizlərim

(*(*(*(*(*(*(*(*(*(*(*(*(*
Sədaqətim var
Zeynəb Xanlarova

Mən sevim, Sən sevmə
Qoy belə olsun,
SƏnə söz deməyə nə cür`ətim var?
..Ürək səninkidir, özün bilərsən(?)
Mənimsə əhdimə sədaqətim var.

MƏn tək sevən hanı,
Səni dünyada?
Başımdan çıxmayır
Mənim bu sevda.

Ölsəm də açmaram sirrimi yada,
Sənnən yar, Sənə yar, şikayətim var…

Yaxşı tanımırsan məni hələ Sən
Yar saldı aşiqi bil dərdinə sən

MƏn çox dözümlü məhəbbətim var!

MƏn tək sevən hanı,
Səni dünyada?
Başımdan çıxmayır
Mənim bu sevda.

(*(*(*(*(*(*(*(*(*(*(*(*(*
Yadıma Sən düşəndə
Zeynəb Xanlarova

Dağları duman alanda,
Gözüm yollarda qalanda,
Yadıma Səni salanda,
Gül yanağım solmasınmı?

gozum yollarda qalanda
yadima seni salanda
gul yanagim solmasinmi?..

Əsən yeller, esen yeller
Sevgilimden mene xeber…

Solanda narin çiçəklər
Gözüm yaşla dolmasinmi?..
dolmasinmi,yar?..

Bu yerlərdən kechmez oldu
Dostçdushmeni sechmez oldu..
Eşqinə and içməz oldu..
Könlüm xarab olmasınmı?..

“Mən niyə baxıram yollara yenə?…
Sən ki bu yollardan dönən deyilsən..
Bir zaman qoymazdın ürəyim yana..
İndi bir dərdimi bilən deyilsən, deyilsən, deyilsən…
İnsan baş çıxarmaz bəzən özündən..
İnciyər dostunun acı sözündən..
Mən çox ağlasam da, Sənin üzündən,
Sən ki, göz yaşımı silən deyilsən..”

Əzən yeller, esen yeller
Sevgilimden mene xeber…

(*(*(*(*(*(*(*(*(*(*(*(*
Bakı qızları
Aygün Kazımova

Bakının qara gözlü qızları,
Ulduzlu şəhərin ulduzları,
Sizlərə heyran olub çiçəklər,
Yollarda qalıb, közərib.

Siz könül odlayan,
Siz ürək odlayan
Arzusu xoş temiz,
Gözəllərsiz..

Bakının qara gözlü qızları
Gülər üzlü qızları
Şirin söz Bakı qızlarıı

la-la-laa )

Gəzib çox şəhərlər görmüşəm mən
Baxıb, çox gözəllər görmüşəm mən
Unutmadım heç zaman sizləri
Mehriban Bakı qızları

Siz könül odlayan,
Siz ürək odlayan
Arzusu xoş temiz,
Gözəllərsiz..

Bakının qara gözlü qızları
Gülər üzlü qızları
Şirin söz Bakı qızları

(*(*(*(*(*(*(*(*(*(*(*
Bir payız gecəsi
Aygün Kazımova

Bir payız gecəsi ne uzun oldu,
Səhərim nə yaman gecikir mənim?
Baharım gəlməmiş çiçəyim soldu.

Budur qismətim

Gözlərim gözünə dikilir sənin,
Xəyalım yanına köçə bilməyir..
..

Bu payız gecəsi yaman uzandı
Yuxum tikan kimi baxtər gğözümə
Bir fikir közərir,
O fikri dandım..-
Bir gecəlik həsrət ömürmüş, demək..

Sirrimiz, sevdamız yatır dərində
Özüm-özüm üçün, unudulmuşam,
Mənim ki, intizar gecələrimdə
Sənə özümdən də yaxın olmuşam…

Bir fikir közərir,
O fikri dandım..-
Bir gecəlik həsrət ömürmüş, demək..

`Son söz`

Bir gün ötüb, keçənləri,
Çox düşünüb, yada salıb,
Qayıdarsan o sevgiyə..
O illərin nəğməsindən
Səninlə gəl bir yol açaq
Səninlə o illərə..

Mən bir bahar sevgisindən ayrı düşən gülə döndüm..
Sən bilmədən sənsizliyin həsrətindən külə döndüm..
Bəlkə bir gün ayrılıqdan uzaq düşən sevgi gəldi
Bu intizar, bu kədəri mən unudub sənə döndüm..

İndi düşün son söz sənin..
Ötüb, keçən o illərin heç bilmədin sən qədrini..
Həsrət düşüb ömrümüzə,
Biz inansaq sevgimize,
Sevinc tapar öz yerini..

Gəl bir baxaq ömrümüzdən keçən
O yollardan nələr qalıb?..
Gəl bir baxaq, bu ayrılıq bizim ömrümüzdən nələr alıb?!..

(*(*(*(*(*(*(*(*(*(*(*(*(*(*
Matros
Aygün Kazımova

Uzaq səfərdə idi,
Gözü üfüqdə idi..
Sahilə can atırdı,
Sanki qəfəsdə idi..

Sahilə çıxdı matros,
Təzə eşq tapdı matros,
Daha bir qəlb yandırıb
Daha bir qəlb yandırıb
Gəmiyə döndü matros!

Neçə-neçə limanda,
Sevgilisi var idi,
Onun üçün hər gözəl,
Onun üçün hər gözəl,
Yeni bir aləm idi..

Unudurdu bir anda,
Köhnə sevgilisini,
Qayğısızdı həyatda,
Gəzirdi təzəsini…

Nə biləydi o anda
Elə bnir gün gələcək
Elə həmin limanda,
Elə həmin liamanda
Həmişəlik sevəcək?…

Sahilə çıxdı matros,
Təzə eşq tapdı matros,
Arzusun tapdı matros
Səfərlərin birində,
Səfərlərin birində
Sahildə qaldı matros..

Lakin bu məhəbbətin
Qisməti başqa oldu,
Bu dəfə isə adəti gözləyən özü oldu
Neçə-neçə ürəyin,
Həsrəti yada düşdü..
Öz bəxtiylə barışın
Özü özündən küsdü…

Sahilə çıxdı matros,
Təzə eşq tapdı matros,
Daha bir qəlb yandırıb
Daha bir qəlb yandırıb
Gəmiyə döndü matros!

(*(*(*(*(*(*(*(*(*(*(*(*(*
Məktub
Aygün Kazımova

Bu gün məktubunu tapdım,
Yazmış idin onu ilk sevgilinə.
Oxumadan cırıb atdım,
Qorxdum birdən düşər sənin əlinə.
İstəmədim düşünəsən,
Qısqanıram səni yenə dünəninə.
Bu gün məktubunu tapdım,
Keçmişi qaytarıb qoydum yerinə……

Olanlar oldu, keçənlərin nə faydası,
Olanlar oldu, ağlamaq eşqin qaydası,
Olanlar oldu, sən taleyimin nakam yazısı,
Olanlar oldu, onu mənədək sevirdi,
Olanlar oldu, men ki, bunları bilirdim.
Olanlar oldu, bəs niyə bu qədər mənə çətindir……

Bu gün məktubunu tapdım,
Nəzər saldım ancaq ilk sətirinə.
Yenə yaranı qanatdım,
Ancaq inanırdım məni sevdiyinə.
Xatirələri oyatdım
Nə qədər ağır olsa da, bilə-bilə.
Bu gün məkyubunu tapdım ,
Yazmış idin onu ilk sevgilinə……

Olanlar oldu, keçənlərin nə faydası,
Olanlar oldu, ağlamaq eşqin qaydası,
Olanlar oldu, sən taleyimin nakam yazısı,
Olanlar oldu, onu mənədək sevirdi,
Olanlar oldu, men ki, bunları bilirdim.
Olanlar oldu, bəs niyə bu qədər mənə çətindir……

Sənə qarşı məhəbbətimi, yox edir hasnsısa, xəlvəti məktub.Hər dəfə tapıram, cırıb atıram.Yenə məktubu olmuş növbəti məktub.Mənim arzularım başqa cür idi : tək mənə deyəsən Sevirəm səni…..Mən nə istəyirəm hardan biləsən ? Sən nə istəyirsən heç bilmirsən özün, bilmirsən…..

Olanlar oldu, keçənlərin nə faydası,
Olanlar oldu, ağlamaq eşqin qaydası,
Olanlar oldu, sən taleyimin nakam yazısı,
Olanlar oldu, onu mənədək sevirdi,
Olanlar oldu, men ki, bunları bilirdim.
Olanlar oldu, bəs niyə bu qədər mənə çətindir…..

(*(*(*(*(*(*(*(*(*(*(*(*
Qoy işığı söndürüm
Aygün Kazımova

Yanan işıq otağıma daşıyır sənsizliyi
qoy işığı söndürüm
Qaranlıq saçların kimi dağılsın yastığıma
qoy işığı söndürüm
Sənsiz dünyam tarimardır, dağınıq bir məkandır
qoy işığı söndürüm
Ayrılıq harayın olub,çırpınır otağımda
qoy işığı söndürüm

Sənsizliyim sabahıma bir sirdaş mənim
Sənsizliyim gözlərimdə bir təlaş mənim
Sənsizliyim Ümidimə bir yoldaş mənim
Qoy işığı söndürüm

(*(*(*(*(*(*(*(*(*(*(*(*(*(*
Qısqanıram ft. Namiq Qaraçuxurlu
Aygün Kazımova

Men isteyirem ki, achasan sen ureyini….

Seninle gorushende ah, nece serbest oluram,
Belke de anlamiram, ozum ozume qesd oluram…
Atiram ish-gucumu qollarinda mest oluram,
Her ishim yaxshi gedir, ozumu bextever saniram (2)

Belke men duz elemirem, sene bu qeder baglaniram. (2)
Hele tezdi seni men yere de, goye de qisqaniram. (2)

Chox sheyi danismiram qaraltmamaqchun qanini,
Sen bilirsen sevirem canimdan artiq canini
Ele hallarda olur ki gorurem noqsanivi
Danishim, danishmiyim ichimde alisib yaniram…

Aygun

Menim emellerimi noqsan hesab eylemisen,
Amma bu boyle deyil hey yaniram, odlaniram (2)

Belke men duz elemirem, sene bu qeder baglaniram.
Hele tezdi seni men yere de, goye de qisqaniram

Men isterem, sen her an meni anlayasan…(2)

Namiq

Yagisin damlasinin piciltisin izleyirem,
O deyir “Yar gelen yollari temizleyirem”
Gecikirsen goruse sebr eliyib gozleyirem,
Gozum yollarda qalir, kolge dusur boylaniram (2)

Belke men duz elemirem, sene bu qeder baglainiram
Hele tezdi seni men yere de, goye de qisqaniram…

Taliyir, parchaliyir koksumu suzgun baxisin,
Sonra bir yare qoyur uste aci davranisin,
Teki yagdirmiyasan basima hicran yagisin,
Mene xosdu hele bu goz yasimda islaniram..

Aygun

Asiqe sebr elemek, canansa naz yarasir,
Sen dozub sebr eliyirsen baxiram xoslaniram (2)

Belke men duz elemirem, sene bu qeder baglaniram.
Hele tezdi seni men yere de, goye de qisqaniram

Men isterem, sen sevgimize inanasan…(2)

Namiq

Ele bir vaxt gelecek ki, xos heyat gorsenecek.
Chagiranda yarimi can deyerek dillenecek
Hele bilmir ne desin meni sevecek, oyrenecek.
Dusunub ozum-ozumu aldadiram, aldaniram…

Belke men duz elemirem, sene bu qeder baglainiram
Hele tezdi seni men yere de, goye de qisqaniram (2)

(*(*(*(*(*(*(*(*(*(*(*(*(*(*
İtgin Gəlin
Aygün Kazımova
Ölüm bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldü, çiçəkdi.
Ölməzlik məhəbbət zirvəsindədi,
Məhəbbət əbədi ömür deməkdi.

Sızlama ürəyim, sən dözümlü ol,
Bu dünya həm acı, həm də şirindi.
Bir gözlə sən ağla, bir gözünlə gül,
Bu dünya əzabına dözənlərindi.

Hicranın yolları bitməz, tükənməz,
Vüsal yollarına qar ələnibdir.
Ömrümü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: