چرشنبه اس ام اس لری – اس ام اس های ترکی مخصوص چهارشنبه سوری – axır çərşənbə sms-ləri


آتیل ، باتیل چرشنبه

بختیم آچیل چرشنبه

آغرلیغیم ، یورغونلوغوم اودلارا

منیم له هوپبولمایان یادلارا

Atıl batıl çərşənbə

baxtım açıl çərşənbə

ağırlığım yorgunluğum odlara

mənimlə hopbulmayan yadlara

=================

چارشنبه دیر آت ترقه پاتداسین

دوشمن لرین قوی کی گؤزو چاتداسین

آذربایجان سئونلری وار اولسون

سئومینین گؤروم گؤزو کور اولسون

çərşənbədir at patlama patlasın

duşmanların qoy ki gözü çatlasın

Azərbaycan sevənləri var olsun

sevmiyənin görüm gözü kor olsun

=================

بوگون ایلین آخیر چرشنبه سی توپراق چرشنبه سی دیر ! توپراغینیز بارلی برکتلی ، سوفره نیزی بول روزیلی ، اوزونوز دائیم گولر اولسون

Bu gün ilin axır çerşenbesi – Torpaq çerşenbesidir! Torpağınız barlı-bereketli, süfreniz bol ruzili, üzünüz daim güler olsun!

===============

آخیر چرشنبه ایلین گوزل گونلریندن دیر . گونلرینیز ایدین ، اوغورلا دولو ، اورکلرینیزده کی نیت لرده صاف و تمیز اولسون ! آخیر چرشنبه موبارک اولسون

Axir cershenbe ilin en gozel gunlerindendir.Gunləriniz aydın, ugurla dolu, ürəklərinizdəki niyyətlər saf,təmiz olsun

=================

یاناقلارینین قیرمیزی خاطیره سیله

گؤزلرینین ایشیلتیسیلا

دوداقلارینین یاندیرماغیلا

سئوگینین ایستیسیله

اود اوستوندن آتیلیرام

سنی سئویرم اود پارچاسی

ایلین آخیر چرشنبه سی موبارک

yanaqlarının qırmızı xatırəsilə

gözlərinin ışıltısıyla

dodaqlarının yandırmasıyla

sevginin istisiylə

od üstündən atılıram

səni sevirəm od parçası

ilin axır çərşənbəsi mübarək

===================

سالام عزیزیم آخیر چرشنبه هئچ یئره گئتمه ها سنینله ایشیم وار آخی اود آز واریم دی اود پارچاسی … چرشنبه گونون خوش اولسون

salam əzizim axır çərşənbə heç yerə getmə səninlə işim var . axı od az varımdı od parçası … çərşənbə günün xoş olsun

===================

چارشنبه سوری ده هر اود گؤرنده منی ده یاد ائله آخی سنین آیریلیقین دان یامان یانیر اوره ییم

ilin axır çərçənbəsində hər od görəndə məni xatırla axı sənin ayrılığından yaman yanır ürəyim

===================

بوگون آخیر چرشنبه دی آشاغی گلمه ها ترقه آتاللار قورخارسان

.

.

.

.

سؤزه باخمیرسان دا ایندی ترقه آتیم پاتدیاسان منیم اوره ییمین ترقه سی

bügün ilin axir çərşənbəsidir aşağı gəlmə patlama atarlar ha

.

.

.

.

sözə baxmırsanda indi patlama atım patlayasan mənim ürəyimin patlaması

=========================

چارشنبه سوری ترانه سی

آتیل باتیل چرشنبهبختیم آچیل چرشنبه

آغیرلیغیم اوغورلوغوم اودلارا

منیم له هوپولمایان یادلارا

آغیریلیغیم اود اولسون

اوددا یانان یاد اولسون

اود اوستن آتداناق

هر جفایا قاتداناق

آغیرلیغیم اوغورلوغوم اودلارا

منیم له هوپولمایان یادللارا

آتیل توتول چرشنبه

چیللم توکول چرشنبه

بختیم آچیل چرشنبه

===================

آخیر چرشنبه عادت لر و رسم لر

Axır çərşənbə və Novruza dair el adət-ənənələri

Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər..
Axır çərşənbədə uşağa beşik düzəldərlər.
Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar.
Axır çərşənbədə tonqal yandırarlar.
Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar
Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.
Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.
Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.
Axır çərşənbədə çimərlər.
Axır çərşənbədə evdən pul verməzlər.
Axır çərşənbədə qonşuya ələk verməzlər.
Axır çərşənbə günü borc un verməzlər.
Axır çərşənbə günü şam yarımçıq söndürməzlər.
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
Axır çərşənbə günü evdən ağartı verməzlər.
Axır çərşənbə günü zahı üstünə getməzlər.
Axır çərşənbə günü evdən çörək verməzlər.
Axır çərşənbə gecəsi tez yatmazlar.
Axır çərşənbə gecəsi evdə qazan asarlar.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər.
Axır çərşənbə günü ertədən lampa yandırarlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: