دوغوم گونون موبارک – وحید شکرزاده doğum günün mübarək


Doğma günün mübarək

Doğma günün mübarək ey mənə mehrıban yar

Qurban olum mən sənə gözləri can alan yar

Mülke süleyman verim hədiyə qızıldan verim

Qızıl nədi can verim sevgimi tək qanan yar

Məsto xumarsan bugün eşqə duçarsan bugün

Heyranın oldu könül qaşları ey kaman yar

Üzün dəyər min gülə səsin dəyər bulbulə

Getmə dayan sözüm var məni görüb qaçan yar

Şəmivə pərvanəyəm eşqivə divanəyəm

İstəyirəm çox səni dərdə məni salan yar

Həmişə sən şad yaşa az yaşa azad yaşa

Bu günlərin çox olsun nazlı gözəl cavan yar

Bugün şirin şəkərsən dunyanı sən bəzərsən

Bir dəli şeytan deyir alım sənin qadan yar

Şair : Vəhid Şükürzadə

دوغما گونون موبارک

دوغما گونون موبارک ، آی منه مهریبان یار

قوربان اولوم من سنه ، گؤزلری جان آلان یار

ملک سلیمان وئریم ، هدیه قیزیلدان وئریم

قیزیل نه دی جان وئریم ، سئوگیمی تک قانان یار

مست و خومارسان بوگون ، عشقه دوچارسان بوگون

حیرانین اولدی کونول ، قاشلاری آی کامان یار

اوزون دَیر مین گوله ، سسین دَیر بولبوله

گئتمه دایان سؤزوم وار ، منی گؤروب قاچان یار

شمعیوه پروانه یم ، عشقیوه دیوانه یم

ایستییرم چوخ سنی ، درده منی سالان یار

همیشه سن شاد یاشا ، آز یاشا آزاد یاشا

بو گونلرین چوخ اولسون ، نازلی گوزل جاوان یار

بوگون شیرین شَکرسن ، دونیانی سن بَزرسن

بیر دلی شیطان دییر ، آلیم سنین قادان یار

شاعیر : وحید شکرزاده

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: