MOLLA PƏNAH VAQİF ملا پناه واقف دن شعرلر


MOLLA PƏNAH VAQİF ملا پناه واقف دن شعرلر

———————————

O şux qǝmzǝlǝrin, xǝncǝr kirpiyin

Gündǝ olur yüz min qan qabağında,

Xumar-xumar baxan ala gözlǝrin

Gǝrǝkdir verǝsǝn can qabağında.

Qaşın qabağında sığallı birçǝk,

Sayǝ salmış üzǝ şölǝ mübarǝk,

Amma iki dǝstǝ tǝr bǝnövşǝ tǝk

Qoymuş al yanağın yan qabağında.

Zülfündǝn qoxuşar gülü reyhanlar,

Qurban hǝr muyinǝ yüz min cavanlar,

Pişvazına gǝlir huri qılmanlar,

Mǝlayik durmuşlar san qabağında.

Vaqif qurban zǝnǝxdanın çahinǝ,

Şirin gülüşünǝ, xoş nigahinǝ,

Qul olasan belǝ xublar şahinǝ,

Durasan hǝr axşam, dan qabağında.

——————————

Bir sǝnǝmin sinǝsinǝ müştağam,

Çox çǝkirǝm ahu zarı, şamama!

Mǝn ha qaldım hǝsrǝt, ǝlim yetişmǝz,

Sǝn get, gör canını barı, şamama.

Mǝtlǝbidir bir növrǝstǝ – könlümün,

Olmadı dǝrmanı xǝstǝ könlümün,

Onun üçün bu şikǝstǝ könlümün

Nǝ sǝbri var, nǝ qǝrarı, şamama!

Yaxa açıb ta ki, sinǝ göstǝrdin,

Sǝrasǝr bağrımı qana döndǝrdin,

Mǝnim dǝrdimdǝndir sǝnin dǝ dǝrdin,

Rǝngindir nǝ yavuz sarı, şamama!

Mǝnim yarım bir ǝcaib dilbǝrdir,

Üzü tǝzǝ güldür, zülfü ǝnbǝrdir,

Sanasan ki, iki qǝndü şǝkǝrdir

Qoynundakı qoşa narı, şamama!

Qurbanam Vaqifin bu xamǝsinǝ

Ki, yazar dǝrdini dost namǝsinǝ,

Yetǝ bilmǝz yarın şamamǝsinǝ,

Olsa bu dünyanın varı şamama!

——————————–

Xublar arığından yarımaq olmaz,

İgidin hǝmdǝmi gǝrǝk çağ ola.

Bǝstǝ boylu gǝrǝk, mina gǝrdǝnli,

Zülfü siyah, var ǝndamı ağ ola.

Sǝhǝr dura sürmǝ çǝkǝ gözünǝ,

Birçǝklǝrin hǝlqǝ qoya üzünǝ,

Cilvǝlǝnǝ, sığal verǝ özünǝ,

İşi, gücü gülüb-oynamaq ola.

Döşün açıb, ǝl dǝyǝndǝ yaxıya,

Ağ gülün bağrına peykan toxuya,

Bǝdǝnindǝn müşkü ǝnbǝr qoxuya,

Zülfü gǝrdǝnindǝ bir qucaq ola.

Bir mayabud gǝrǝk, baldırı yoğun,

Sǝrasǝr ǝt basa dizin, topuğun,

Əl dǝyǝndǝ dura buğunbabuğun

Titrǝyǝ, quyruqdan çox yumşaq ola.

Hǝyası üzündǝ, ǝqli başında,

Öldürǝ Vaqifi gözü qaşında.

Ya on üç, ya on dörd, on beş yaşında.

Nǝ ondan böyükrǝk, nǝ uşaq ola.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: