سایانمیرام بیر ایکی – Sayanmıram bir iki


سايانميرام بير، ايكي sayanmıram bir ili
مني قينايير ننه م məni qınayır nənəm
اوخولوموز يوخدور كي oxulumuz yoxdu ki
اوز ديليمي اويره نم  öz dilimi öyrənəm

بولبول كيمي سويله رم bulbul kimi söylərəm
سوروشسالار يك و دو soruşsalar yək do
فارسجا ياخشي بيله رم fasca yaxşı bilərəm
اويرنديگيم بو دور بو oyrəndiyim budur bu

توركجه دانيشسام سوزوم tukcə danışsam sözum
اسگيك گلر، قورتولار əsgik gələr gurtular
اولر اوزومده اوزوم ölər özudə özum
ديليم سوسار، توتولار dilim susar tutular

آنا ديلين آنلامي ana dilin anlamı
اونوتموشام دوغروسو unutmuşam doğrusu
اونوتقان بير آدامين unutqan bir adamın
گئده ر بير گون آبروسو gedər bir gun abrısı

من بير يانا، آنامدا mən bir yanda anamda
هله سني اونودوب hələ səni unudub
ايندي آنجاق آتامدا indi ancağ atamda
اينمز- دينمز اوتوروب inməz inməz oturub

نئجه دئييم سنه من necə deyim sənə mən
آنا ديلي ، آي ديليم ana dili ay dilim
سني سوراندا هر دن səni soranda hərdən
آنام دئيير: نه بيليم؟!anam deyir nə bilim?!

سن بير قوردون ديلي ايدين sən bir qurdun diliydin
يادلار سني ايديلر yadlar sənə əydilər
بويوك يوردون ديلي ايدين böyuk yurdun diliydin
خاطيرينه ديديلر xatirinə dəydilər

آنام سنه ياييقسا anam sənə yayqısa
يئنه آنا ديليم سن yenə ana dilimsən
دويغولاريم آييقسا duyğularım ayqısa
ابدي نيسگيليم سن əbədi nisgilimsən

رسول قرباني مقدم

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: