نظر اولمور وحید شکرزاده + Nəzər olmur Vəhid Şükürzadə


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

Nəzər olmur

Hicran gecəsi çox uzanıb heç səhər olmur

Bəxtim elə yatmış ki durub bəxtəvər olmur

İşdirdi mənə dunya elə bir aci şərbət

Aləmdəki balda bu dilimdə şəkər olmur

Sevdim ki çəkəm gül üzünü bir dəfə şeirə

Qaldım ki niyə bu işə heç bir hünər olmur

Öldüm yarımın ayrılıqından aman Allah

Yanmış gözəlimdəndə mənə bir xəbər olmur

Kafərda sözümdən boşalıb rəhmə gəlibdi

Zalım nədən axər bu ürəkdə əsər olmur

Heyrandı bugün yar mənə aləmdəki qızlar

ondan ki gerək bir nəzər olsun nəzər olmur

Şair : Vəhid Şükürzadə

نظر اُولمور

هیجران گئجه سی چوخ اوزانیب هئچ سحر اُولمور

بختیم ائله یاتمیش کی دوروب بخته ور اُولمور

ایشدیردی منه دونیا ائله بیر آجی شربت

عالم ده کی بالدا بو دیلیم ده شکر اُولمور

سئودیم کی چَکَم گول اوزونی بیر دفعه شعره

قالدیم کی نیه بو ایشه هئچ بیر هونر اُولمور

اُؤلدوم یاریمین آیریلیقین دان آمان آللاه

یانمیش گوزلیم دن ده منه بیر خبر اُولمور

کافر ده سوزومدن بوشالیب رحمه گلیب دی

ظالیم نه دن آخر بو اورک ده اثر اُولمور

حیران دی بوگون یار منه عالم ده کی قیزلار

اوندان کی گرک بیر نظر اولسون نظر اُولمور

شاعیر : وحید شکرزاده

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: