گئتمه ای یار وحید شکرزاده + getmə ey yar Vəhid şükürzadə


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

Getmə ey yar

Getmə ey yar məni hicrində pərişan eləmə

Ölərəm mən ayrılıqdan məni bican eləmə

Sən gedərsən küsərəm məndə bütün aləmə yar

Gər sevirsən məni . bu gözləri gıryan eləmə

Ayrılıb getsən əgər bil sevinər duşmanımız

Nə olar yalvarıram duşmanı xəndan eləmə

Sənsizlik yar bağı bustanı mənə zından edər

Gözəlim getmə mənə dunyanı zından eləmə

Sevirəm yar sənsiz olmaz bilirəm səndə sevirsən

Nə olar sən bu gözəl sevgini hıcran eləmə

Qəlbimin sultanı tək varlığı birdanə yarım

Ayrılma getməginən könlümü sən qan eləmə

Şair : Vəhid Şükürzadə

گئتمه ای یار

گئتمه ای یار منی هیجرینده پریشان ائلمه

اولرم من آیریلیقدان منی بی جان ائلمه

سن گئدرسن کوسرم منده بوتون عالمه یار

گر سئویرسن منی ، بو گؤزلری گیریان ائلمه

آیریلیب گئتسن اگر ، بیل سئوینر دوشمانیمیز

نه اولار یالواریرام دوشمانی خندان ائلمه

سنسیزلیک یار باغی بوستانی منه زیندان ائدر

گوزلیم گئتمه منه دونیانی زیندان ائلمه

سئویرم یار ، سنسیز اولماز ، بیلیرم سنده سئویرسن

نه اولار سن بو گوزل سئوگینی هیجران ائلمه

قلبیمین سولطانی تک وارلیغی بیردانه یاریم

آیریلما گئتمه گینن کونلومو سن قان ائلمه

شاعیر : وحید شکرزاده

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: