چؤندردی اؤز روخسارینی وحید شکرزاده + çöndərdi öz rüxsarını vəhid şükürzadə


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

Çöndərdi öz rüxsarını

Gördü çox aydan sora könlüm gözəl dildarını

Düşdü qəlbə ki gəlib dərman edə bımarını

Üçdu canım yar üçün o dəli ceyran üçün

Ta əyan etsin ona bu müddətin əsrarını

Səslədi aşiq vucudum dilbəri ta söyləsin

Bu neçə ayda ona xatir yazan əşarını

Baxmadı ta ki görə kimdi gururun sındırır

əzdi şuro şovqumu çöndərdi öz rüxsarını

keçdi biganə yanımdan eylə bil ki mən yoxam

basdı axırda mənim qəlbimə nifrət xarını

eybi yox ki saymadı məcnünü öz leylasıda

yandırar bir gün mənim ahım onun gülzarını

Şair : Vəhid Şükürzadə

بی وفا سان

چوندردی اُؤز روخسارینی

گؤردو چوخ آی دان سُورا کُونلوم گوزل دیلدارینی

دوشدو قلبه کی گلیب درمان اِئده بیمارینی

اوچدو جانیم یار اوچون او دلی جیران اوچون

تا عیان اِئتسین اُونا بو موددتین اسرارینی

سَسله دی عاشیق وجودوم دیلبری تـا سویله سین

بو نئچه آی دا اُونا خاطیر یازان اشعارینی

باخمادی تا کی گُؤره کیمدی غرورون سیندیریر

عَزدی شور و شوقومو ، چُوندردی اُؤز روخسارینی

کئچدی بیگانه یانیمنان اِیله بیل کی من یُوخام

باسدی آخیردا منیم قلبیمه نیفرت خارینی

عیبی یُوخ کی سایمادی مجنونی اُوز لیلاسی دا

یاندیرار بیر گون منیم آهیم اُونون گولزارینی

شاعیر : وحید شکرزاده

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: