Qədir Xum Bayramı + غدیر خم بایرامی


دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

QƏDİR-XUM

Bismilləhir Rahmənir Rahim!

Allahın Rəsulu (s) ömrünün axırıncı ili Həcc ziyarətinə getmək qərarına gəlir. Onun bu səfərinin xəbəri yayıldıqda camaat Peyğəmbərin (s) dəstəsinə qoşulmaq üçün Mədinə şəhərinə toplaşır. Məkkə, Yəmən və yolda ona qoşulanlardan əlavə, Mədinədə cəm olanların sayı 120 min nəfərə yetişmişdi.

Peyğəmbər (s) həcc əməllərini yerinə yetirdikdən sonra Mədinə şəhərinə döndükdə Xum vadisinə yetişdi. Peyğəmbərin (s) bu məntəqəyə yetişməsi zilhiccə ayının 18-i cümə axşamı, zöhr vaxtına təsadüf edirdi.

Bu böyük karvan vadiyə yetişdiyi zaman vəhy mələyi Cəbrail Allahın əmri ilə enərək bu ayəni  Peyğəmbərə (s) nazil etdi:

“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə endirilmiş olanı təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!”

Maidə surəsi, ayə 67

Beləliklə, Allah-təala Peyğəmbərinə (s) Əlini (ə) özündən sonra xəlifə, vəsi və insanlara İmam təyin etməyi və bunu camaata çatdırmağı əmr etdi. Eyni zamanda onun vilayətini tanımağı və ona itaət etməyi insanlara vacib bilmişdir.

Peyğəmbər (s) bu məntəqəyə yetişdikdə dayanaraq arxada qalanların ona çatmasını, qabaqdakıların isə qayıtmağını əmr etdi. Zəvvarlar o Həzrətin ətrafına cəm oldular.

Namazın vaxtı yetişdiyi üçün Peyğəmbər (s) camaatla birgə namaz qıldı. Hava şiddətli isti idi, qızmar günəşin hərarətindən müsəlmanların bəziləri əbalarını başına çəkmiş, bəziləri isə ayaqlarının altına qoymuşdu. Allah Rəsulunun (s) kölgələnməsi üçün quru ağacların üstünə örtük çəkib dəvə xurcunlarını minbər sayağı bir-birinin üstünə qoydular. Camaatın onu görməsi üçün Peyğəmbər (s) xurcun qalığının üstünə çıxıb səsinin camaata yetişməsi üçün uca və bəlağətli xütbəyə başladı:

“Həmd və səna Allaha məxsusdur. Ondan yardım dilər, Ona inanar və Ona təvəkkül edərəm… Mən şəhadət verirəm ki, Ondan başqa məbud yoxdur, Məhəmməd Onun qulu və Peyğəmbəridir. Ey camaat, mən sizin aranızdan gedəndə iki dəyərli şeyi, Quranı və Әhli-beyti, sizin üçün əmanət qoyuram. Onlar qiyamət günündə Kovsər hovuzunun başında mənə qovuşmayınca heç vaxt bir-birindən ayrılmayacaqlar. Buna görə də Qurana və Әhli-beytə bağlanın və onlardan heç vaxt uzaqlaşmayın ki, həlak olarsınız”.

Daha sonra Әli (ə)-ın əlindən tutub göyə qaldırdı və buyurdu: Ey camaat, mən hər kimin mövlasıyamsa Әli də onun mövlasıdır. Allahım, onu sevəni sev, onunla düşmən olanla düşmən ol, onun dostlarına yardım et, onu alçaltmaq istəyənləri alçalt”. Peyğəmbər (s) xütbəsini qurtardıqdan sonra o həzrətə mələk nazil olaraq bu müjdəni verdi: “Bu gün Әlinin seçilməsi ilə islam dini kamil və Allahın nemətləri xalqa tamamlanmış oldu”.

Zilhiccə ayının 18-də baş vermiş bu tarixi hadisə Qədir-Xum bayramı kimi İslamda qeyd olunur. Zilhiccə ayının 18-i bizim təqvimlə bu il yanvarın 8-ə düşür. Bu münasibətlə qəlblərdə Əli (ə) məhəbbəti olan bütün müsəlmanları təbrik edirik.

 

غدیر خم بایرامی


آذربايجاني‌ها عيد غدير خم را با عناوینی چون “غدير بايرامي” يا” سيدلر بايرامي” و یا “خوم غدیر بایرامی “ مي‌شناسند.
همزمان با فرا رسيدن اين عيد مبارك، مردم اين خطه از كشورمان به ديدار سادات مي‌شتابند و خانواده‌هاي سادات خود را براي اين عيد عزيز آماده مي‌كنند و شيريني و ميوه جهت پذيراي از ميهمانان تدارك مي‌بينند.

در خانه بعضی ا زسادات هم جشن درست و حسابی برگزار می شود ،درب خانه نیز به روی هر میهمانی باز گذاشته می شود .
شيعيان اين ديار، زيارت سادات در اين عيد را نوعي كار ثواب مي‌دانند و سعي دارند تا به خانه فاميل يا همسايه و دوست و آشناي سيد خود رفته و روز ولايت علي (ع) را تبريك بگويند.شاید نوشیدن یک استکان چای خانه سید و یا بوسه بر پیشانی یکی از منسوبین رسول الله (ص) برای این مردم بسیار ارزشمند و نیک جلوه کند .
خواندن (پيوند اخوت) هم از ساير رسم‌هاي روز عيد غدير خم است، در تبريز محله‌اي به نام «سيدلر محله‌ سي» (محله سيدها) وجود دارد كه در قديم عده‌اي از مردم تبريز براي ديدار سادات اين محله در عيد غدير خم مي‌رفتند و اين روز را به آنها تبريك مي‌گفتند.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: