سنی گؤرمه یه اؤلمک ایستیرم * آنا شعری وحید شکرزاده + səni görməyə ölmək istirəm vəhid Şükürzadə


 

دوزلو اوغلان وبلاگلارینین یاخشی اولماقی اوچون آتیل باتیل فروشگاهین دان آلیش وئریش ائدین

 

بو شعری بوتون آللاهین یانینا گئدن آنالارا

و خصوصا اؤز گؤزل آناما تقدیم ائدیرم

( آللاه روحونی شاد ائلسین )

آنالار گونو قوتلو اولسون

 

Səni görməyə ölmək istirəm

Uşaqlıqa mən dönmək istirəm

yenə Anamı öpmək istirəm

Hər gün səhərlər daraq əlimdə

o saçlarını hörmək istirəm

Tel güllərini başına bir bir

sağa sola mən düzmək istirəm

Məhəbbətli o naz qucağında

balıq təkin mən üzmək istirəm

Yapış əlimdən gedaq dolanaq

yalnız sənilən gəzmək istirəm

Mənə dümüş tüt qöy ağzıma sən

sənin əlindən yemək istirəm

Mənim ağrıma sən ağlayardın

göz yaşlarını silmək istirəm

Uşaqlıqda mən deyə bilmədim

“səni sevirəm” demək istirəm

Gözlərim yolda harda qalmısan

səni ANA can görmək istirəm

Sənsiz ey ANA gülmür ürəyim

təkcə səninlə gülmək istirəm

Darıxıram mən qərib dunyada

sənin yanına gəlmək istirəm

Allah şahıddı ey gözəl ANA

səni görməyə ölmək istirəm

Şaır : Vəhid Şükürzadə

سنی گؤرمه یه اؤلمک ایستیرم

اوشاقلیقا من دؤنمک ایستیرم

یئنه آنامی اؤپمک ایستیرم

هر گون سحرلر داراق اَلیمده

اُو ساچلارینی هؤرمک ایستیرم

تئل گوللرینی باشینا بیر بیر

ساغا سولا من دوزمک ایستیرم

محبت لی او ناز قوجاغیندا

بالیق تکین من اوزمک ایستیرم

یاپیش الیمدن گئداق دؤلاناق

یالنیز سنیلن گزمک ایستیرم

منه دوموش توت قوی آغزیما سن

سنین الیندن یئمک ایستیرم

منیم آغریما سن آغلاییردین

گؤز یاشلارینی سیلمک ایستیرم

اوشاقلیقدا من دییه بیلمه دیم

«سنی سئویرم» دئمک ایستیرم

گؤزلریم یولدا هاردا قالمیسان ؟

سنی آنا جان گؤرمک ایستیرم

سنسیز آی آنا گولمور ئورگیم

تکجه سنینله گولمک ایستیرم

داریخیرام من غریب دونیادا

سنین یانینا گلمک ایستیرم

آللاه شاهیددی آی گوزل آنا

سنی گؤرمه یه اؤلمک ایستیرم

شاعیر : وحید شکرزاده

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: